• 27 Aprel 2024
logo
Kreml: Kalininqradın blokadası ilə bağlı situasiyada qətiyyətliyik

Kreml: Kalininqradın blokadası ilə bağlı situasiyada qətiyyətliyik

Moskva Kalininqradın nəqliyyat blokadası ilə bağlı situasiyada qətiyyətlidir, amma qərar verməyə tələsmir.
TASS xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml sözçüsü Rusiya hakimiyyətinin baş verənləri ən ciddi şəkildə analiz etdiklərini və qərar vermək üçün zamana ehtiyac olduğunu əlavə edib.
O, Litvanın Kalininqradın nəqliyyat blokadası barədə qərarını ləğv edəcəyinə ümid bəslədiyini, lakin arzuolunmaz variantlara da hazır olduğunu qeyd edib.