• 25 İyun 2022
logo
Ukraynanın Lisiçansk şəhəri uğrunda döyüşlər başlayıb

Ukraynanın Lisiçansk şəhəri uğrunda döyüşlər başlayıb

Lisiçanska düşmən hücumu dəf edilib, Severodonetsk uğrunda döyüşlər isə davam edir.
Unian.net xəbər verir ki, bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday öz Telegram səhifəsində məlumat verib.
Bundan başqa, vilayət rəhbəri Rusiya qüvvələrinin Nikolayevka kəndini nəzarətə götürdüklərini də təsdiqləyib.
Sergey Qayday Lisiçanska aviasiya zərbələrinin endirildiyini, Belaya Qora və Volçeyarovka uğrunda döyüşlərin getdiyini söyləyib.