• 25 Aprel 2024
logo
Putin və Lukaşenko Sankt-Peterburqda görüşəcək

Putin və Lukaşenko Sankt-Peterburqda görüşəcək

Rusiya Federasiyası və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko iyunun 25-də Sankt-Peterburqda görüşəcəklər.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
İyunun 25-də Sankt-Peterburqda liderlərin görüşünün planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı suala Kremlin sözçüsü “Bəli” cavabını verib.
Daha əvvəl Peskov jurnalistlərə Lukaşenkonun Rusiyaya qeyri-rəsmi səfərlə gəldiyini, liderlərin iyunun 23 və 24-də Rusiya prezidentinin Zavidovodakı iqamətgahında görüşəcəklərini bildirib.