• 7 İyul 2025
logo
Şarl Mişel: "Əminəm ki, bu gün biz Ukrayna və Moldovaya namizəd statusu verəcəyik"

Şarl Mişel: "Əminəm ki, bu gün biz Ukrayna və Moldovaya namizəd statusu verəcəyik"

Avropa İttifaqı (Aİ) Şurası bu gün Ukrayna və Moldovaya namizəd statusu verəcək.
Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel jurnalistlərə açıqlamasında bildirib.
“Bu, Avropa İttifaqı üçün həlledici andır. Bu gün biz geosiyasi bir seçim edəcəyik. Mən əminəm ki, bu gün biz Ukrayna və Moldovaya namizəd statusu verəcəyik və Ukrayna, Gürcüstan və Moldovaya güclü, aydın Avropa perspektivi ifadə edəcəyik”, - Aİ lideri vurğulayıb.