• 27 İyun 2022
logo
Ukrayna Luqanskda daha iki yaşayış məntəqəsinə nəzarəti itirib

Ukrayna Luqanskda daha iki yaşayış məntəqəsinə nəzarəti itirib

Ukrayna Luqanskda daha iki yaşayış məntəqəsinə nəzarəti itirib.
CNN xəbər verir ki, məlumatı Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Hayday paylaşıb.
“Dünəndən bəri Loskutovka və Ray-Aleksandrovka düşmən tərəfindən işğal edilib”, - deyə Sergey Hayday qeyd edib.
Hayday əlavə edib ki, Rusiya qüvvələri Baxmut-Lisiçansk magistral yoluna nəzarəti ələ keçirmək məqsədilə Berestove ərazisindəki strateji yüksəklikləri tutmağa çalışır və bu məqsədlə əraziyə əlavə batalyon taktiki qrup cəlb edilib.
Hayday qeyd edib ki, Ukrayna Severodonetskdə Rusiya qüvvələrinin qarşısını almaqda davam edir, lakin “işğalçılar sənaye obyektlərini məhv edirlər”.
“Rusiya ordusu Severodonetski həyat və iş yerlərindən “azad edir”, - Hayday vurğulayıb.