• 28 Mart 2024
logo
Baş nazir: "İsveçin Türkiyə ilə münasibətlərinin güclənəcəyinə ümid edirəm"

Baş nazir: "İsveçin Türkiyə ilə münasibətlərinin güclənəcəyinə ümid edirəm"

İsveç Baş naziri ölkəsinin Türkiyə ilə münasibətlərinin güclənəcəyinə ümid edir.
Bu barədə İsveçin Baş naziri Maqdalena Andersson Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında deyib.
Baş nazir bildirib ki, görüşdə Avropada təhlükəsizlik, Ukraynaya dəstəyin daha da gücləndirilməsi və həmçinin, İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləri müzakirə olunub.
Baş nazir Andersson deyib ki, NATO-ya üzv ölkələrin bir çoxu həm də Aİ üzvləridir və bu ölkələr İsveçin alyansa üzvlük niyyətini dəstəkləyir.
"Biz inanırıq ki, İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə alyans daha da güclənəcək. İsveç NATO-nun konstruktiv müttəfiqi olacaq", - o bildirib.
İsveç Baş naziri Andersson Türkiyə ilə danışıqlara da toxunub.
"Türkiyə və İsveç arasında dialoq davam edir. Mən həmçinin iki ölkə arasında sülh, təhlükəsizlik və terrorizmlə mübarizə də daxil olmaqla, qarşılıqlı münasibətlərin güclənəcəyini gözləyirəm", Maqdalena Andersson vurğulayıb.