• 19 Aprel 2024
logo
“Azovstal”dan təxliyə edilənlər arasında komandirlər yoxdur

“Azovstal”dan təxliyə edilənlər arasında komandirlər yoxdur

“Azovstal” polad kombinatında təslim olan ukraynalı hərbçilər arasında yüksək rütbəli komandirlər yoxdur.
CNN-in xəbərinə görə, bu barədə "Donetsk Xalq Respublikası"nın lideri Denis Puşilin deyib.
Həmin komandirlərin kombinatda qaldığı bildirilir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi “Azovstal”da 960 ukraynalı hərbçinin təslim olması barəsində məlumat yayıb. Ukrayna ordusu bazar ertəsi günü öz qüvvələrinin “Azovstal” kombinatı ətrafında döyüş missiyasını başa çatdırdığını bəyan edib.