• 28 İyun 2022
logo
Kreml İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə Türkiyənin reaksiyasını şərh edib

Kreml İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə Türkiyənin reaksiyasını şərh edib

“Rusiya Türkiyə, İsveç və Finlandiya arasındakı münasibətlərə müdaxilə etmək istəməz”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyinə Türkiyənin reaksiyasını şərh edərkən bildirib.
“Fakt budur ki, Finlandiya və İsveç alyansa qoşulmaq üçün müraciət etmiş və edən ölkələrdir. Türkiyə isə alyansın üzvüdür və bu, bu, ölkələr arasında və alyansın daxilində olan münasibətlərlə bağlı məsələdir. Biz bu münasibətlərə müdaxilə etmək istəməzdik”, - Peskov vurğulayıb.
Kreml Türkiyənin bu ölkələrin alyansa qoşulmasına veto qoyacağını mümkün hesab edirmi sualına cavab verən Peskov bu məsələnin Rusiya ilə heç bir əlaqəsinin olmadığını söyləyib: “Bir daha deyirəm, bu, bizim məsələmiz deyil, bu, alyansa üzv dövlətlərin münasibətləri çərçivəsində olan məsələdir. Bunun bizə heç bir aidiyyəti yoxdur. Alyansın genişlənməsinə münasibətimiz hamıya məlumdur, biz bu barədə dəfələrlə danışmışıq!”