• 25 İyun 2022
logo
İsveç hökuməti NATO-ya üzvlüklə bağlı qərar qəbul edib

İsveç hökuməti NATO-ya üzvlüklə bağlı qərar qəbul edib

İsveç hökuməti ölkənin NATO-ya üzvlük üçün müraciətini təsdiqləyib.
Bu barədə ölkənin Baş naziri Maqdalena Andersson mətbuat konfransında deyib.
Baş nazir bildirib ki, İsveç parlamentində ölkənin NATO-ya üzvlük üçün müraciəti ilə bağlı geniş səs çoxluğu olub.
Maqdalena Andersson çıxışında Rusiyanın Ukraynaya qarşı müharibəsini BMT Nizamnaməsinə zidd olan ən pis müharibələrdən biri adlandırıb.
“İsveçin təhlükəsizliyi üçün ən yaxşısı bizim NATO-ya daxil olmağımızdır”, - o qeyd edib.
Maqdalena Andersson soyuqqanlılığın və təhdidlərdən xəbərdar olmağın vacibliyini vurğulayıb.
Bununla da İsveç 200 illik hərbi neytrallığını başa çatdırıb.