• 24 Aprel 2024
logo
Tokayev: “Əfqanıstandakı vəziyyət KTMT-nın stabilliyi üçün təhlükədir”

Tokayev: “Əfqanıstandakı vəziyyət KTMT-nın stabilliyi üçün təhlükədir”

Əfqanıstandakı vəziyyət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin stabilliyinə təhlükədir.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev KTMT liderlərinin sammitində çıxışı zamanı deyib.
O, təşkilatın bu təhlükəni nəzərə almalı olduğunu bildirib.
Qırğızıstan Prezidenti Sadır Japarov isə Əfqanıstandakı silahlıların sponsorlarının Mərkəzi Asiya ilə bağlı böyük planlarının olduğunu əlavə edib.