• 20 Aprel 2024
logo
Ukrayna hərbçiləri Xarkovun şimalında Rusiya ilə dövlət sərhədinə çatıb

Ukrayna hərbçiləri Xarkovun şimalında Rusiya ilə dövlət sərhədinə çatıb - FOTO

Xarkovun şimalında döyüşən Ukrayna hərbi bölməsi Rusiya ilə dövlət sərhədinə çatıb.
CNN-nin xəbərinə görə, bu barədə hərbçilərin videomüraciətində bildirilib.
“Cənab Prezident! Biz bacardıq”, - hərbçilər müraciətdə qeyd ediblər.
Paylaşılan görüntülərdə hərbi bölmənin kiçik bir qrupunun sərhəd xəttinə mavi və sarı rənglərlə boyanmış sərhəd nişanı daşıdığı görünür.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin bugünkü məlumatında qeyd olunub ki, Xarkov ətrafında əsas səylərini mövqelərinin saxlanılmasına və Ukrayna qüvvələrinin hücumlarının qarşısının alınmasına yönəldib.