• 7 İyul 2022
logo
Gürcüstanın buğda ehtiyatı tükənib

Gürcüstanın buğda ehtiyatı tükənib

Gürcüstanın buğda ehtiyatı tükənib və yaxın günlərdə ölkədəki dəyirmanlar fəaliyyətlərini dayandıracaq.
Bunu “İnterpressnews.com” saytına açıqlamasında Gürcüstanın Buğda və Un İstehsalçıları Assosiasiyasının icraçı direktoru Levan Silaqava deyib.
O bildirib ki, buna səbəb ölkəyə ancaq buğda gətirilməsi, lakin un sifariş verilməməsidir.
O əlavə edib ki, hazırda Gürcüstanda una idxal vergisi yoxdur, lakin buğdanın 1 tonuna 120 dollar rüsum tətbiq edilir. Silaqavanın sözlərinə görə, indiki şərtlərlə un idxalı daha gəlirli olduğundan aylardır ki, ölkəyə intensiv şəkildə un idxal olunur və bu, buğda idxalını əvəzləyir.
Gürcüstanın Çörək İstehsalçıları Assosiasiyasının rəhbəri Malxaz Dolidze isə qeyd edib ki, hazırda ölkənin minimum 2 aylıq un ehtiyatı var və çörək istehsalı prosesi minimum səviyyədə də olsa təhlükə ilə üzləşməyib. O, bəzi dəyirmanların da artıq un idxalına başladığını qeyd edib.
O əlavə edib ki, Rusiyanın buğdanın qiymətini artırması səbəbi ilə çörəyin qiymətində bahalaşma ola bilər.