• 29 Mart 2024
logo
Medvedev: “Ukrayna ABŞ və NATO-nun əlində oyuncağa çevrilib”

Medvedev: “Ukrayna ABŞ və NATO-nun əlində oyuncağa çevrilib”

Ukraynadan Rusiyaya qarşı olan geosiyasi təzyiq aləti kimi istifadə edirlər, Ukrayna ABŞ və NATO-nun əlində oyuncağa çevrilib.
TASS-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya mətbuatına müsahibəsində deyib.
O, Ukrayna ətrafında olan gərginliyin yaxın gələcəkdə azalacağına ümid etdiyini bildirib.
Medvedev əlavə edib ki, Ukrayna özlüyündə nə amerikalılara, nə də avropalılara lazımdır.