• 26 Aprel 2024
logo
Reuters: Burkina-Fasonun paytaxtındakı hərbi düşərgədə atəş səsləri eşidilib

Reuters: Burkina-Fasonun paytaxtındakı hərbi düşərgədə atəş səsləri eşidilib

Bu gün səhər Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərindəki hərbi düşərgənin ərazisində intensiv atışma səsləri eşidilib.
Bu barədə “Reuters” hadisə yerindəki şahidlərə istinadən məlumat yayıb.
Məlumata görə, ərazisində Ordunun Baş Qərargahının binalarının yerləşdiyi Sanqule-Lamizana düşərgəsində atışma yerli vaxtla təxminən 05:00-da başlayıb və bir saat davam edib.
Hələlik baş verənlərlə bağlı rəsmi məlumat yoxdur.
Qeyd edək ki, Burkina-Faso hökuməti yanvarın 11-də ölkədə hakimiyyəti ələ keçirməyə cəhd etməkdə şübhəli bilinən bir qrup hərbçini saxladıqlarını açıqlayıb. Onlarla bağlı araşdırmalara başlanılıb.
“Burkina24” xəbər portalının məlumatına görə, qrupun başında gənc zabitlər dayanır.