• 29 Mart 2024
logo
Rusiyada pedofillərə ömürlük həbs cəzası veriləcək

Rusiyada pedofillərə ömürlük həbs cəzası veriləcək

Rusiya Dövlət Dumasının bu gün keçirilən plenar iclasında pedofillərin ömürlük həbs cəzası alması haqqında qanun layihəsinə baxılıb.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Pedofillərin ömürlük həbs cəzası alması ilə bağlı qanun layihəsini Dumaya “Vahid Rusiya” fraksiyasından olan deputatlar Pavel Kraşeninnikov və Aleksandr Xinşteyn, həmçinin Federasiya Şurasının birinci vitse-spikeri, “Vahid Rusiya” partiyasının Baş Şurasının katibi Andrey Turçak təqdim edib.
Qanun layihəsində ömürlük azadlıqdan məhrum etmə cəzasının maksimum müddətinin 18 yaşına çatmamış yetkinlik yaşına çatmayanlara qarşı analoji təkrar cinayət törədənlərə şamil edilməsi təklif edilir. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasının iki və ya daha çox yetkinlik yaşına çatmayan şəxs barəsində törədildiyi cinayətlərə, habelə göstərilən cinayətin başqa ağır və ya xüsusilə ağır cinayətin törədilməsi ilə bağlı olduğu hallara da şamil edilməsi təklif edilir.