• 19 Aprel 2024
logo
Nazarbayev: “Hazırda paytaxtda istirahətdəyəm və heç yerə getməyə hazırlaşmıram”

Nazarbayev: “Hazırda paytaxtda istirahətdəyəm və heç yerə getməyə hazırlaşmıram”

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev qazax xalqına videomüraciət ünvanlayıb.
TASS-ın verdiyi xəbərə görə, Nazarbayev xalqı Prezident Kasım-Jomart Tokayevin təklif etdiyi islahatlar proqramını dəstəkləməyə çağırıb.
O, hazırda Qazaxıstanda olduğunu və ölkəni tərk etmək niyyətində olmadığını əlavə edib.
“Mən təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında layiqli istirahətdəyəm və heç yerə getməyə hazırlaşmıram”, - Nazarbayev qeyd edib.