• 19 Aprel 2024
logo
Moskvada azərbaycanlı iş adamlarına məxsus bazarda minaatan mərmisi aşkarlanıb

Moskvada azərbaycanlı iş adamlarına məxsus bazarda minaatan mərmisi aşkarlanıb

Moskvanın cənub-şərqində yerləşən “Sadovod” bazarının ərazisində İkinci Dünya Müharibəsi illərinə aid minaatan mərmisi tapılıb. Rusiya paytaxtının Fövqəladə Hallar Xidmətinin nümayəndəsinin verdiyi məlumata görə, əraziyə istehkamçılar cəlb olunub.
"Moskva dairəvi yolunun 14-cü kilometrliyində yerləşən "Sadovod" bazarında müharibə illərinə aid minaatan mərmisi tapılıb. Sursatın tapıldığı yer mühasirəyə alınıb, istehkamçılar çağırılıb", - deyə Rusiya FHN nümayəndəsi bildirib.
Qeyd edək ki, Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” bazarı Azərbaycan əsilli yəhudi iş adamları Qod Nisanov və Zarax İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur.
Bazar Moskva Dairəvi Yolunda 40 hektar ərazidə yerləşir və 8000 mağazanı əhatə edir.