• 28 Mart 2024
logo
ABŞ dövlət katibi Ukraynaya səfər edəcək

ABŞ dövlət katibi Ukraynaya səfər edəcək

ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya səfər edəcək.
"ZN.ua"nın xəbərinə görə, dövlət katibinin səfəri yanvarın 19-da baş tutacaq.
“Danışıqların dəqiq gündəliyi hələ məlum deyil. Bununla belə, ehtimal etmək çətin deyil ki, onlar ilk növbədə Rusiya hərbçilərinin Ukrayna sərhədi yaxınlığından çıxarılması, çəkindirici tədbirlər, əlavə yardım və silahlar, Rusiyanın işğalı faktı olarsa, mümkün sanksiyalar və ümumilikdə Ukraynanın təhlükəsizlik məsələlərini müzakirə edəcəklər”, məlumatda bildirilib.