• 18 Yanvar 2022
logo
Rusiyada COVID-19-dan ölənlərin sayı 320 mini ötüb

Rusiyada COVID-19-dan ölənlərin sayı 320 mini ötüb

Rusiyada son sutka ərzində daha 27 179 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 774 304 nəfərə çatıb.
Son sutka ərzində 723 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 320 634 nəfərə çatıb.