• 28 Mart 2024
logo
Rusiyada koronavirusun “Omikron” ştammı aşkarlandığı təkzib olunub

Rusiyada koronavirusun “Omikron” ştammı aşkarlandığı təkzib olunub - YENİLƏNİB

Rospotrebnadzor ölkə ərazisində koronavirusun “Omikron” ştmmının aşkar olunmasını təkzib edib.
Rospotrebnadzorun Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun sekvensiya texnologiyalarına əsaslanan yeni diaqnostika üsullarının hazırlanması üzrə elmi qrupun rəhbəri Kamil Xafizov Rusiyada “Omikron” ştammı ilə heç bir yoluxma halının aşkarlanmadığını söyləyib.
Kamil Xafizov deyib ki, bazar gününə olan məlumata görə, Rusiyada omikron ştammı aşkar edilməyib: “Eyni zamanda, koronavirus genomlarının, o cümlədən bu yaxınlarda xarici ölkələrə səfər etmiş pasientlərin sekvensiyası üzrə aktiv iş aparılır".
Qeyd edək ki, Rusiya Federasiya Şurasının üzvü Vladimir Kruqlıy Rusiyada da “Omikron” ştammı aşkar olunduğunu açıqlayıb və virusun yayılma mənbəyinin Misirə səyahət etmiş vətəndaşlar ola biləcəyini söyləyib. Rusiyalı senator virusun yayılma mənbəyi öyrənilənə qədər Misirlə aviaəlaqəni dayandırmağa çağırıb.
***
saat 14.43
Rusiyada koronavirusun yeni ştammı olan “Omikron” aşkarlanıb.
Bu barədə Rusiya Federasiya Şurasının üzvü Vladimir Kruqlıy bildirib.
Onun sözlərinə görə, artıq Rusiyada da “Omikron” ştammı var və virusun yayılma mənbəyi Misirə səyahət etmiş vətəndaşlar ola bilər.
Rusiyalı senator virusun yayılma mənbəyi öyrənilənə qədər Misirlə aviaəlaqəni dayandırmağa çağırıb.
Qeyd edək ki, bir neçə gün qabaq alimlər Cənubi Afrika Respublilasının Bostvana şəhərində koronavirusun daha təhlükəli olan yeni ştammının aşkar olunduğunu açıqlayıblar.