• 8 May 2024
logo
Ermənistanda COVİD-19-dan ölənlərin sayı 7514 nəfərə çatıb

Ermənistanda COVİD-19-dan ölənlərin sayı 7514 nəfərə çatıb

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 337 931 nəfərə çatıb.
“armeniasputnik.am” saytının verdiyi məlumata görə, ötən sutka ərzində daha 409 nəfər COVİD-19-a yoluxub, 29 nəfər ölüb.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 7514 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 1 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1 439 nəfərə yüksəlib.