• 20 Yanvar 2022
logo
Gürcüstanda son sutkada COVID-19-dan 56 nəfər ölüb

Gürcüstanda son sutkada COVID-19-dan 56 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 333 yoluxma halı qeydə alınıb, 56 nəfər ölüb.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 838 639, ölənlərin sayı isə 11 927 nəfərə çatıb. Virusa yoluxanlardan 779 510 nəfərin sağaldığı bildirilir.