• 29 Noyabr 2021
logo
Miqrantlar Belarus-Polşa sərhədində aksiya keçiriblər

Miqrantlar Belarus-Polşa sərhədində aksiya keçiriblər

Yaxın Şərqdən Avropaya gedən miqrantlar Belarus-Polşa sərhədində aksiya keçiriblər.
Bu barədə RİA Novosti xəbər verir.
Etirazçılar Aİ-dən onların qaçqın kimi tanınmasını tələb edirlər. İnsanlar dinc və sabit dövlətdə yaşamaq istədiklərini iddia edir və iqtisadi miqrant olduqlarını inkar edirlər.
Qeyd olunur ki, yayda Belarusun Polşa və Baltikyanı ölkələrlə sərhədində Yaxın Şərq və Afrikadan Qərbi Avropaya nüfuz etməyə çalışan qeyri-qanuni mühacirlərin axını artıb. Noyabrda vəziyyət gərginləşib. Bir neçə min insan axışaraq orada düşərgə saldı. Onlar dəfələrlə təhlükəsizlik xəttini yarmağa cəhd ediblər, lakin onların cəhdləri Polşa təhlükəsizlik qüvvələri tərəfindən yatırılıb. Aİ və Belarus böhrana görə bir-birini günahlandırır.
Cavid