• 25 Aprel 2024
logo
Kreml: Tanqo üçün iki nəfər lazımdır, NATO isə tək rəqs edir

Kreml: Tanqo üçün iki nəfər lazımdır, NATO isə tək rəqs edir

Rusiya NATO-nun Moskvada informasiya bürosunun bağlanmasından zərər görməyəcək.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov NATO-nun Moskvada informasiya bürosunun bağlanmasını şərh edərkən bildirib.
Onun sözlərinə görə, Rusiya ilə NATO arasında dialoq olmayıb: ““De fakto” olan vəziyyət sadəcə “de yure” formalaşdırılıb. Münasibətlər və dialoq olmayıb”.
Kremlin sözçüsü NATO-nun Rusiyanı təcrid etmək niyyətini deklare etdiyini və bunu konkret fəaliyyətlərlə gücləndirdiyini qeyd edib: “Rusiya diplomatlarının akkreditasiyasının ləğv olunması isə son damla idi”.
D. Peskov Rusiya-NATO münasibətlərini tanqo rəqsi ilə müqayisə edib: “Biz dəfələrlə demişik ki, tanqonu təklikdə rəqs etmək mümkün deyil və biz bunu etməyə hazırlaşmırıq”.