• 6 Dekabr 2021
logo
Rusiyada daha 33208 nəfər koronavirusa yoluxub

Rusiyada daha 33208 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 33 208 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 958 384 nəfərə çatıb.
Son sutka ərzində 1002 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 222 315 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.