• 17 Oktyabr 2021
logo
ABŞ bombardmançıları Rusiya yaxınlığında

ABŞ bombardmançıları Rusiya yaxınlığında

ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı Komandanlığından verilən məlumata görə, iki Amerika B-1B Lancer strateji bombardmançı təyyarəsi Litva üzərindən
Rusiya sərhədləri yaxınlığında uçub.
Nüvə silahı daşıyan təyyarələr Böyük Britaniyadakı aerodromdan havaya qalxıb və Rusiya sərhədi yaxınlığında uçduqdan sonra Almaniyada yanacaq doldurub.
Bombardmançılar ABŞ -ın Texas əyalətindəki hava bazasından Avropaya aparılıb.
O da qeyd olunub ki, son zamanlar Rusiya sərhədləri yaxınlığında xarici kəşfiyyat təyyarələrinin və pilotsuz uçuş aparatlarının fəallığı xeyli artıb. Müdafiə Nazirliyi dəfələrlə qərbli tərəfdaşlarını bu cür hərəkətlərdən əl çəkməyə çağırsa da, heç bir reaksiya yoxdur.
Cavid