• 23 Oktyabr 2024
logo
Avropa Komissiyası bir neçə ölkəni cərimələyə bilər

Avropa Komissiyası bir neçə ölkəni cərimələyə bilər

Avropa Komissiyası 2020-ci ildə koronavirus pandemiyası vaxtı tətbiqini dayandırdığı iqtisadi normaları yenidən bərpa edib.

Baymedia.az xəbər verir ki, Komissiyanın dərc etdiyi son hesabatda ittifaqa üzv 7 ölkə - İtaliya, Fransa, Belçika, Macarıstan, Polşa, Slovakiya və Malta Avropa Sabitlik Paktına (Maastrix sazişi) əməl etmir.

1992-ci ildə vahid valyuta məkanının əsasını qoyan Maastrix sazişinə görə ölkənin illik büdcə kəsiri ÜDM-in 3 faizdən aşağı olmalıdır. Bu qaydaya əməl etməyən ölkələri ÜDM-in 0,1 faizi həcmində cərimə gözləyir.

Hazırda İtaliyanın büdcə kəsiri ÜDM-in 7,4 faizinə, Fransanın isə 5,5 faizə çatıb.