• 27 İyul 2024
logo
İranda bir gecədə 261 nəfər həbs edildi

İranda bir gecədə 261 nəfər həbs edildi

İran polisi Tehran əyalətinin Şəhriyar şəhərində əməliyyat keçirib.

Baymedia.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Əməliyyat zamanı 261 nəfəri həbs, onlara məxsus 71 avtomobil müsadirə edilib.

Həbs edilənlər "Şeytana ibadət mərasimi keçirmək və spirtli içki içmək”də günahlandırılıblar.

Saxlanılanların 146-ı kişi, 115-i isə qadındır. Onların arasında 3 Avropa vətəndaşının olduğu bildirilib.

Hüquq müdafiəçiləri həbs edilənlərin sadəcə şənlik və musiqi mərasimi keçirdiyini deyiblər.