• 27 İyul 2024
logo
ABŞ-ın xüsusi elçisi İrəvandan İran mesajı verdi

ABŞ-ın xüsusi elçisi İrəvandan İran mesajı verdi

ABŞ-ın İran üzrə xüsusi elçisi Abram Peyli Cənubi Qafqaz turnesi çərçivəsində Bakı və Tiflisdən öncə İrəvanda səfərdə olub.

Baymedia.az xəbər verir ki, bu barədə Peyli X səhifəsində yazıb.

O, İrəvan və Tiflis səfərləri ilə bağlı qeyd edib ki, İrana qarşı sanksiyalara riayət edilməsi və İran rejiminin sabitliyi pozan davranışı ilə bağlı davam edən səyləri müzakirə etmək üçün yüksək vəzifəli rəsmilər və özəl sektor nümayəndələri ilə görüşüb.

“ABŞ regiona müsbət baxışı təşviq etmək üçün tərəfdaşları ilə işləməyə sadiqdir”, - Peyli bildirib.

Xüsusi elçi İrəvanın Respublika meydanından videomüraciətini də yayıb. Qeyd edib ki, Ermənistanda Təhlükəsizlik Şurasının, Dövlət Gəlirləri Komitəsi, Mərkəzi Bank və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşüb.

Qeyd edək ki, Abram Peyli Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, habelə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və onun israilli həmkarı Corc Diklə görüşüb.