• 27 İyul 2024
logo
İranın İsrailə cavabı bu cür olacaq - Çinli ekspert

İranın İsrailə cavabı bu cür olacaq - Çinli ekspert

İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabitlərinin ölümünə səbəb olan İsrailin Suriya paytaxtında İran konsulluğuna raket hücumu Tehran tərəfindən cavabsız qalmayacaq.

Baymedia.az xəbər verir ki, bu sözləri çinli politoloq Tanq Bohu “Fenxuanq” portalına deyib.

Ekspert İranın qisas məqsədi ilə ata biləcəyi addımlara diqqət çəkib:

“Ola bilər ki, bu, Amerikanın bölgədəki hərbi obyektlərinə hücumlar və ya İsrail ərazisinə zərbələr endirmək formasında həyata keçiriləcək. Yəmən husilərinin Qırmızı dənizdə fəallaşması da mümkündür”.

O, Təl-Əvivin İran səfirinin hərəkətləri ilə bağlı da dəqiq məlumatlara sahib olduğunu bildirib:

“Hadisə yerindən çəkilmiş kadrlara əsasən belə qənaətə gəlmək olar ki, İsrail tərəfi GPS ilə idarə olunan dəqiq bombalardan istifadə edib və bu da hədəfi dəqiq vurmağa imkan verib. Konsulluq tamamilə dağılsa da, iqamətgahı həmin binada yerləşən İran səfiri xəsarət almayıb. Bu, Təl-Əvivin diplomatik missiya rəhbərinin hərəkətləri barədə dəqiq məlumata malik olduğunu göstərir”.