• 24 Fevral 2024
logo
Ankarada terrorçu özünü DİN-in qarşısında partlatdı

Ankarada terrorçu özünü DİN-in qarşısında partlatdı

11:30

Ankaranın mərkəzində partlayış baş verib.

Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, partlayış Qızılay meydanında, Türkiyə Daxili İşlər Nazirliyinin binasının qarşısında baş verib.

Partlayışın nazirliyin qarşısındakı boz rəngli mikroavtobusda baş verdiyi bildirilib. Partlayışdan dərhal sonra ərazidə atışma səsləri eşidilib.

Əraziyə təhlükəsizlik qüvvələri cəlb olunub.

***

Türkiyə daxili işlər naziri Əli Yerlikayanın sözlərinə görə, partlayış iki terrorçu tərəfindən törədilib.

Nazir bildirib ki, terrorçulardan biri özünü partladıb, digəri isə məhv edilib.

Terror aksiyası nəticəsində iki Türkiyə polisi yaralanıb.