• 19 Mart 2024
logo
Türkiyədə partlayış: yaralılar var...

Türkiyədə partlayış: yaralılar var...

Türkiyənin cənub-şərqindəki Şanlıurfa şəhərinin Akçakal rayonunda evdə baş verən partlayış nəticəsində ən azı 4 nəfər yaralanıb.
Baymedia.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Polisin ilkin versiyasına görə, partlayış sexlərin yerləşdiyi altı mərtəbəli binanın birinci mərtəbəsində baş verib. Partlayış dalğasından binadakı tavanlar qismən uçub, qonşu evlərdə pəncərələr sınıb, küçədə dayanan avtomobillərə ziyan dəyib.
Hadisə yeri əhatəyə alınıb, araşdırma aparılır.