• 29 Mart 2024
logo
Türkiyə və Ermənistan rəsmiləri Qarsda görüşə bilər

Türkiyə və Ermənistan rəsmiləri Qarsda görüşə bilər

Türkiyə və Ermənistanın ikitərəfli münasibətlərin normallaşması prosesi çərçivəsində xarici işlər, ticarət və nəqliyyat nazirliklərinin nümayəndələrinin görüşü sentyabrda Qarsda baş tuta bilər.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bu görüşün nəticələrinə əsasən razılaşdırılan texniki məsələlərin öyrənilməsinə başlanılacaq.
Qeyd edilib ki, Türkiyə nümayəndələri artıq Ermənistanla həmsərhəd rayonlarda yoxlama aparıblar. Məlum olub ki, İğdır vilayətində iki ölkəni birləşdirən Əlican körpüsünü və ona gedən marşrutu təmir etmək lazımdır.