• 20 Aprel 2024
logo
Türkiyə səfiri: “Qonşu ölkələrlə əlaqələri genişləndirməliyik”

Türkiyə səfiri: “Qonşu ölkələrlə əlaqələri genişləndirməliyik”

“Qonşu ölkələrlə əlaqələrin qurulması vacib məsələlərdən biridir”.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxışında deyib.
“Biz qonşu ölkələrlə normal əlaqələr quraraq işbirliyimizi də genişləndirməliyik. Qonşularla əməkdaşlıq önəmli və dəyərlidir. Gürcüstanla, İranla da bu çərçivədə münasibətlərin inkişafında maraqlı olmalıyıq”, - səfir əlavə edib.