• 27 İyun 2022
logo
Türkiyəli yazar Sinan Cananın Bakıda imza günü olacaq

Türkiyəli yazar Sinan Cananın Bakıda imza günü olacaq

İyunun 19-u saat 15:00-da ˝LIBRAFF˝ kitab mağazalarının ˝Park Akademiya˝ filialında Sinan Cananın oxucularla görüşü və imza günü keçiriləcək.
˝LIBRAFF˝ kitab mağazalarından verilən xəbərə görə, müəllif oxucuların suallarını cavablayacaq və kitablarını imzalayacaq.
Qeyd edək ki, Sinan Canan ˝Yeni Dünyanın Cesur İnsanı˝, ˝İFA: İnsanın Fabrika Ayarları 1. Kitap – Beden˝, ˝İFA: İnsanın Fabrika Ayarları 2. Kitap – İlişkiler ve Stres˝, ˝İFA: İnsanın Fabrika Ayarları 3. Kitap – Sınırları Aşmak˝, ˝Değişen Beynim˝, ˝Kimsenin Bilemeyeceği Şeyler˝, ˝Unutulacak Şeyler˝ kitablarının müəllifidir.