• 19 Yanvar 2022
logo
Türkiyə Prezidenti Avropa İttifaqının miqrasiya siyasətini tənqid edib

Türkiyə Prezidenti Avropa İttifaqının miqrasiya siyasətini tənqid edib

Avropada miqrasiya siyasəti, əcnəbilərə nifrət ve İslam düşmənçiliyi mövzusunda təəssüf ki, heç bir addım ata bilinmədi.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyi ölkələrinin səfirləri ilə görüşü zamanı deyib.
O, qeyd edib ki, Türkiyə bu mövzularda attığı müsbət addımlara qarşılıq Avropa İttifaqı tərəfindən qarşılıq görməyib.
Ərdoğan bir çox ölkələrin Türkiyəni İslam düşmənçiliyi və digər problemlərinə qarşı mübarizədə əsas ölkə kimi gördüyünü əlavə edib.
O, Aİ-nın irədəsinin bir neçə ölkənin əlində əsir olduğunu qeyd edib.
‘Üzərində düşünülməli olan əsl məsələ Aİ maraqlarının bir neçə üzv ölkənin ambisiyalarına qurban edilməsidir. Avropa və Türkiyənin ətrafında yaşanan mövcud böhranlar həllini tapmayana qədər miqrasiya axıının azalmasını gözləmək reallıqa uyğun deyil. Türkiyənin səyləri olmasaydı bugün həm Suriya, həm də Avropa çox fərqli bir mənzərə ilə qarşılaşacaqdı. Bizim səylərimiz olmasa idi, miqrasiya böhranı daha da dərinləşəcək, ölüm sayları daha da artacaq, terror daha çox yayılacaq və qeyri-stabillik daha geniş coğrafiyaya yayılacaq’, - deyə Türkiyə Prezidenti deyib.