• 29 Mart 2024
logo
AKP sədrinin I müavini “3+3” formatının əhəmiyyətindən danışıb

AKP sədrinin I müavini “3+3” formatının əhəmiyyətindən danışıb

Əsas məqsədimiz Cənubi Qafqazda sülhün təmin edilməsidir. Bunun üçün Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İran və Ermənistanın iradə nümayiş etdirməsi lazımdır.
Bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş dekabrın 7-də İstanbulda Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birlikdə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu, Qafqazda yeni bir sülh dövrünün başlaması üçün əhəmiyyətli addım olacaq: “Bu addımın atıla bilməsi üçün Türkiyə-Azərbaycan münasibətlərini sürətlə inkişaf etdiririk. Hər sahədə olduğu kimi, dövlətlər arasında olan münasibətləri millətlər arasında da təmin etmək üçün yolumuza davam edirik. Bu çərçivədə hər iki ölkənin iqtidar partiyası arasında çox yaxşı münasibətlər qurulub”.