• 29 Noyabr 2021
logo
Təbrizdə ağır xəstələr üçün dərman tapılmır

Təbrizdə ağır xəstələr üçün dərman tapılmır

Təbrizdə ağır xəstələr üçün dərman tapılmır. Bu barədə Şərqi Azərbaycan Əzcaçılar Birliyinin başçısı doktor Höccətullah Yəzdanşünas açıqlama verib.
Doktor Höccətullah Yəzdanşünas bu barədə Təbrizin “azərancümən” saytına verdiyi müsahibədə bildirib.
O, bu xəstələrin məcburiyyət qarşısında lazim olan dərmanları Tehrandan əldə etməyə çalışdıqlarını, daha çox vaxt və vəsait itkisi ilə üzləşdiklərini, bir çox hallarda real qiymətdən onlar dəfə bahasına aldıqları dərmanların qondarma olduğunu bildirib.
“Təbriz nümayəndələrinin iştirakı ilə Şəhər Şurasının açıq iclasında məsələ qaldırdıq. İclasda Təbriz nümayəndələrindən qeyd olunan dərmanların əyalətə idxalı üçün lisenziyanın verilməsi məsələsinə dəstək vermələrini xahiş etdik. Ancaq bu təklifimiz onların laqeydliyi ilə qarşılaşdı”- deyə, H.Yəzdanşünas gileylənib.
O, Şəhər Şurasının iclasında dərman çatışmazlığı ilə bağlı qaldırdıqları təklifin nümayəndələr tərəfindən qulaq ardına vurulmasından təəssüfləndiyini söyləyib.
“Şərqi Azərbaycan şirkətlərinə bu dərmanların idxalına icazə verilmədiyindən və belə dərmanların idxalı paytaxtdakı bəzi şirkətlərin inhisarında olduğu üçün xəstələrimiz dərmanları əldə etməkdə çətinlik çəkirlər.
Əyalətdə xüsusi dərmanları idxal etmək mümkün olsa, təbii ki, azərbaycanlılar bu qədər problemlə üzləşməyəcəklər, çünki biz əyalət Əczaçılar Birliyində xüsusi dərmanları ala bilməyən xəstələrə yardım fondu yaratmışıq.
Ehtiyacı olan xəstələrə öz insanlıq borcumuz olaraq təmənnasız köməklik edirik”-deyə, Əczaçılar Birliyinin başçısı azərbaycanlı ağır xəstələrə qarşı ayrı-seçkilik edildiyini qeyd edib.
Gunaz.tv