• 27 İyul 2024
logo
Qazaxıstan Ukrayna sammitinə qatılacaq? - Rəsmi

Qazaxıstan Ukrayna sammitinə qatılacaq? - Rəsmi

Qazaxıstan Xarici İşlər Nazirliyi hələlik ölkənin İsveçrədə Ukrayna sammitində mümkün iştirakı ilə bağlı məlumat açıqlaya bilmir.

Baymedia.az xəbər verir ki, bu barədə Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə deyib.

“Qazaxıstanın İsveçrədə Ukrayna ilə bağlı iclasda iştirakı ilə əlaqədar hələlik məlumat yoxdur”, - o bildirib.

Qeyd edək ki, iyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində Ukraynada hərbi əməliyyatlara son qoyulması üzrə sammit keçiriləcək. Sammitə 160 ölkədən və beynəlxalq birliklərdən nümayəndə heyətləri dəvət olunub.