• 17 Aprel 2024
logo
“Klivlend Kavalyers”in basketbolçusu NBA tarixinə düşüb

“Klivlend Kavalyers”in basketbolçusu NBA tarixinə düşüb

Milli Basketbol Assosiasiyasında (NBA) keçirilən “Klivlend Kavalyers”- “Dallas Maveriks” görüşünün sonları dramatik alınıb.

Baymedia.az xəbər verir ki, meydan sahiblərinin 28 yaşlı oyunçusu Maks Strus matçın başa çatmasına 2,6 saniyə qalmış 18 metr məsafədən səbətə göndərdiyi topla komandasına qələbə qazandırıb.

Oyun ev sahibi komandanın 121:119 hesablı qalibiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, NBA-da uzaq məsafədən dəqiq atışlarda rekord 2021-ci ilin dekabrında "Oklahoma Siti" ilə qarşılaşmada 18,6 metr məsafədən topu səbətdən keçirən "Nyu Orleans"ın basketbolçusu Devonte Qrehemə aiddir.