• 27 İyul 2024
logo
Türkiyənin oyunu qadın referimizə tapşırıldı

Türkiyənin oyunu qadın referimizə tapşırıldı

Azərbaycanın FİFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb.

AFFA-dan Baymedia.az-a verilən məlumata görə, o, Türkiyənin Antalya şəhərində keçiriləcək qadınlardan ibarət Türkiyə-Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq.

Ədalət təmsilçisinə Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.

Qeyd edək ki, “Atatürk” Olimpiya Stadionundakı qarşılaşma fevralın 28-də gerçəkləşəcək.