• 1 Sentyabr 2026
logo
“Everton” komandasının 4 xalı geri qaytarılıb

“Everton” komandasının 4 xalı geri qaytarılıb

İngiltərə Premyer Liqasında maliyyə feyr-pley qaydalarını pozduğu üçün xalları silinən “Everton” klubunun cəzası yüngülləşib.

Baymedia.az xarici mətbuata istinadən xəbər verir ki, Liverpul təmsilçisinin apellyasiya şikayətindən sonra komandanın dörd xalı geri qaytarılıb.

Bununla da “mavilər” turnir cədvəlində 17-ci pillədən 15-ci yerə yüksəlib.

Qeyd edək ki, Premyer Liqa rəhbərliyi ötən il noyabrın 17-də “Everton”un 10 xalını silib.