• 19 May 2024
logo
Bu komanda düşsəydi, daha asan olardı - Lunyov

Bu komanda düşsəydi, daha asan olardı - Lunyov

Qələbə qazanmağa və yolumuza davam etməyə çalışacağıq.

Baymedia.az xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyov "Matç TV"yə müsahibəsində Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer 04" klubuna rəqib olmaları barədə danışarkən deyib.

Rusiyalı qolkiper Leverkuzen təmsilçisinin çox yaxşı komanda olduğunu bildirib:

"Daha əvvəl qrupda üz-üzə gəlməyimiz bir tərəfdən müsbət məqamdır. Bu kollektivlə tanışıq. Rəqib məğlubiyyətsiz oyunlar seriyasına malikdir və onlarda əlavə stimul var. Bu, "Bayer 04"dür. Onlara qarşı yaxşı mübarizə aparmaq lazımdır".

A.Lunyov 1/8 finalda mümkün rəqiblərdən ən çətini ilə üz-üzə gələcəklərini söyləyib:

"Onlar turnirin favoritlərindən biridirlər. "Slaviya" (Çexiya) düşsəydi, daha asan olardı. Amma məncə, indiki mərhələdə zəif rəqib yoxdur".

Qeyd edək ki, "Qarabağ" ilə "Bayer 04" arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək.

Xatırladaq ki, Lunyov 2021-2023-cü illərdə Leverkuzen təmsilçisinin formasını geyinib.