• 17 Aprel 2024
logo
Azərbaycan Premyer Liqası: Tura Qəbələdə start verilir

Azərbaycan Premyer Liqası: Tura Qəbələdə start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək.

Baymedia.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

“Kəpəz” Qəbələdə eyniadlı komanda ilə üz-üzə gələcək. Görüş saat 17:00-da başlayacaq.

Hazırda “sarı-göylər” 20 xalla 9-cu, “qırmızı-qaralar” isə 15 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də reallaşacaq.