• 19 May 2024
logo
Naxçıvanın 100 illiyinə həsr olunmuş futzal turnirinə start verilib

Naxçıvanın 100 illiyinə həsr olunmuş futzal turnirinə start verilib

Tələbələr arasında Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş futzal turnirinə start verilib.

Baymedia.az xəbər verir ki, turnir Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, AFFA-nın dəstəyi ilə keçirilir.

Turnirdə Azərbaycan Tələbə Liqasında çıxış etməyən ali və orta ixtisas təhsili müəssisələrindən 19 komanda mübarizə aparır. Oyunlar 5 qrup üzrə Bakı, Gəncə, Şirvan şəhərlərində keçiriləcək.

Mart ayında yekun vurulacaq turnirin qaliblərinə təşkilatçılar tərəfindən mükafatlar təqdim olunacaq.

Qeyd edək ki, turnirin keçirilməsində məqsəd ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin futzala olan marağının artırılması, onlar arasında bu idman növünün təbliğ edilməsi, tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasından ibarətdir.