Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
Baymedia.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdman Təşkilatı Komissiyasının üzvü kişi voleybolçular arasında CEV Kubokunun yarımfinal matçına təyinat alıb.
Mixail Frişman fevralın 21-də Türkiyənin İzmir şəhərində keçiriləcək “Arkas” və “Lüneburq” (Almaniya) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qarşılaşmanın hakimləri bolqarıstanlı Atanas Varbanov və çexiyalı Zdenek Qrabovski olacaq.