Çimərlik voleybolu üzrə 18 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq məqsədilə Misirə yollanıb.
Azərbaycan Voleybol Federasiyasından Baymedia.az-a verilən məlumata görə, yığma rusiyalı çalışdırıcı İqor Olefirin rəhbərliyi ilə Şarm Əl-Şeyx şəhərinə yola düşüb.
Altı voleybolçunun iştirak edəcəyi toplanış 14 gün davam edəcək.
Qeyd edək ki, Avropa çempionatı bu il fevralın 11-14-də Gürcüstanın Kaçreti şəhərində təşkil olunacaq.