• 1 Sentyabr 2026
logo
Premyer Liqada səkkiz ildən sonra bir oyunda iki penalti qolla nəticələnməyib

Premyer Liqada səkkiz ildən sonra bir oyunda iki penalti qolla nəticələnməyib

Azərbaycan Premyer Liqasının XXII turunun “Zirə” – “Sumqayıt” matçı iki penaltinin qolla nəticələnməməsi ilə əlamətdar olub.

Baymedia.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, meydan sahiblərindən Qismət Alıyev, qonaqlardan isə Rövlan Muradov 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

Bir matçda ən azı 2 penaltinin dəqiq olmaması sonuncu dəfə 2015-2016-cı illər mövsümündə yaşanıb. 8 il əvvəl “İnter”lə “Sumqayıt”ın görüşündə (2:2) üç belə zərbə uğursuz alınıb.

2016-cı il mayın 1-dəki matçda Nika Kvekveskiri qonaqları, Ağabala Ramazanovla Vaqif Cavadov meydan sahiblərini məyus edə bilməyib.

Qeyd edək ki, “Zirə” – “Sumqayıt” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.