• 1 Sentyabr 2026
logo
Məhəmməd Salah zədəsini “Liverpul”un düşərgəsində sağaldacaq

Məhəmməd Salah zədəsini “Liverpul”un düşərgəsində sağaldacaq

Afrika Millətlər Kubokunun B qrupunda Qana ilə matçda zədələnən Misir millisinin və İngiltərənin “Liverpul” komandasının futbolçusu Məhəmməd Salah yığmanın düşərgəsini tərk edəcək.

Baymedia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu zədəsini sağaltmaq üçün yanvarın 24-də Mersisayd təmsilçisinə qayıdacaq.

Təcrübəli forvard ən qısa zamanda meydana dönmək üçün reabilitasiya proqramına başlayacaq.

Qeyd edək ki, Məhəmməd Salah Qana ilə oyunda (2:2) bud nahiyəsindən zədələnib.