• 1 Sentyabr 2026
logo
Azərbaycan – İngiltərə oyununun keçiriləcəyi stadion məlum olub

Azərbaycan – İngiltərə oyununun keçiriləcəyi stadion məlum olub

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları bəlli olub.

Baymedia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mart ayında baş tutacaq hər iki görüş “Azersun Arena”da oynanılacaq.

U-21 martın 22-də İngiltərə, 26-da isə Ukrayna komandası ilə qarşılaşacaq. Matçların başlama saatı hələlik məlum deyil.